
Fevralın 25-də Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Moskvada keçiriləcək "Lokomotiv" (Rusiya) - "Fənərbaxça" (Türkiyə) oyununda türk polisi də olacaq.
Qaynar.info xəbər verir ki, həmin oyunda gərginliyin çox olacağı nəzərə alınaraq Rusiyanın Daxili İşlər Nazirliyi Türkiyə polisinə dəvət göndərib. Gözlənilir ki, fevralın 25-də keçiriləcək oyun üçün Türkiyədən idman yarışlarında təhlükəsizliyin təmin olunmasında iştirak etmiş 4 polis zabiti göndəriləcək.
Qeyd edək ki, İstanbulda keçirilən tərəflərin ilk matçında Rusiya polisinin zabitləri mühafizə məsələləri üçün Türkiyəyə yollanmışdı. Həmin polis nümayəndələri öz azarkeşlərinin yerləşdiyi tribunalarda təhlükəsizliyə cavabdeh idilər.
Qaynar.info