Xəbər lenti

Türk zabitləri PUA-larla Qarabağda erməni əhaliyə nəzarət edəcək
Ölkə17:32 05.12.2020

Türk zabitləri PUA-larla Qarabağda erməni əhaliyə nəzarət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Rusiya ilə Türkiyə arasında Rusiya-Türk monitorinq mərkəzinin təşkili ilə bağlı danışıqlar prosesi başa çatmaqdadır. 
Qaynarinfo xəbər verir ki, Azərbaycanla razılaşdırılaraq yer müəyyənləşdirilib - mərkəz Ağdamda yerləşəcək.
"Vestnik Kavkaza"nın yazdığına görə, bir qrup türk zabiti Ağdamdan Rusiya, Azərbaycan və Türkiyənin üçtərəfli Bəyanatının şərtlərinin yerinə yetirilməsini pilotsuz təyyarələrin köməyi ilə izləyəcək. Monitorinq əsasən erməni əhalisinin yaşayış yerləri üzərində aparılacaq.
Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin hələ də Qarabağda tutduğu mövqelərdə istisnasız olaraq  Azərbaycanın silahlı qüvvələri yerləşəcək.
Alpər