
Türkiyənin məşhur aktrisalarından Türkan Şoray Gəzi Parkı hadisələrinə münasibət bildirib.
İmza günü ilə əlaqədar Fransada olduğunu bildirən Türkan Şoray bunları deyib: “Ölkəmdə baş verən hadisələri xaricdə olarkən öyrəndim. Xarici telekanalları izləyərkən, ölkəmdə get-gedə böyüyən etirazlardan çox təsirləndim, gözlərim yaşardı. Siyasətin vəzifəsi insanları xoşbəxt etməkdir. Bizim insanımız hər şeyin ən yaxşısına layiqdir. Fikir ayrılığı var deyə onları bibər qazına yox, sevgi dolu çiçəklərə qonaq etmək lazımdır. Ölkəsini çox sevən bir sənətçi olaraq mənim baş nazirdən xahişim cəmiyyətin bütün üzvlərinə sahib çıxmasıdır”.
Qaynar.info