Xəbər lenti

Türkiyə Azərbaycan üçün də hərbi pilot yetişdirəcək
Ölkə14:00 23.06.2015

Türkiyə Azərbaycan üçün də hərbi pilot yetişdirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İzmirdə Türk Hava Qüvvələrinin dost və müttəfiq ölkələr üçün hərbi pilot yetişdirəcəyi Çoxmillətli Uçuş Təlim Mərkəzinin açılış olub.

APA-nın Türk Hava Qüvvələrinin saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Pakistan Hava Qüvvələrinin rəisi, ordu general Sohail Aman, Sudan Hava Qüvvələri komandiri, general-leytenant Esam-Aldeen Mobarak Habeeb-Allah İbrahim, Makedoniya Hava Qüvvələri Komandiri Metodija Veliçkovski iştirak ediblər.

Açılış mərasimindən sonra ABŞ, Azərbaycan, Banqladeş, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Pakistan və Türkmənistan arasında razılıq Memorandumu imzalanıb.

Qaynar.info