
London olimpiadasının qalibi, türkiyəli yüngül atlet Aslı Çakır Alptekinin dopinqdən istifadə etdiyi məlum olub.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu ölkənin tarixində ilk dəfə olimpiadada yüngül atletika növündə qızıl medal qazanan A.Çakır idmandan ömürlük uzaqlaşdırılmaq təhlükəsi qarşısındadır. Beynəlxaq Antidopinq Agentliyindən Türkiyə Atletizm Federasiyasına göndərilən rəsmi məktubda A.Çakırın qanında dopinq aşkarlandığı bildirilib.
Qeyd edək ki, 2004-cü ildə gənclər arasında dünya çempionatından sonra da A.Çakırın dopinqdən istifadə etdiyi üzə çıxmışdı. Bu səbəbdən ona iki illik cəza tədbiq edilmişdi. Bu dəfə isə A.Çakır idmandan ömürlük uzaqlaşdırıla bilər. //qol.az