Xəbər lenti

Türkiyə, İsrail, Rusiya və Avropa İttifaqı Azərbaycana başsağlığı verdi
Ölkə10:21 03.04.2022

Türkiyə, İsrail, Rusiya və Avropa İttifaqı Azərbaycana başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dünən gecə saatlarında Bakının mərkəzində baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu haqqında aldığımız məlumat bizi dərindən kədərləndirib".
Qaynarinfo xəbər veruir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bəyanatda qeyd olunub ki, Türkiyə azərbaycanlı qardaşlarının hüznünə şərikdir: "Hadisə zamanı həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik".
İsrailin Azərbaycandakı səfiri Corc Dik də gecə klubundakı partlayışla bağlı paylaşım edib. Səfirin "Twitter"dəki paylaşımda deyilir:
"Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko partlayışla bağlı başsağlığı verib.
Peter Mixalko dünən axşam saatlarında Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini və yaralananların tezliklə sağalmasını arzuladığını deyib:
"Düşüncə və dualarımızla bu faciədən əziyyət çəkənlərin yanındayıq".
Rusiyanın Azərbaycandakı səfirliyi də Bakıda gecə klubundakı partlayışla bağlı başsağlığı verib. Bu barədə səfirlik "Twiter" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı müəyyənləşdirilir".