Xəbər lenti

Türkiyə "Kanal İstanbul" layihəsinin icrası üçün tender elan edəcək
Ekonomiks06:46 22.12.2019

Türkiyə "Kanal İstanbul" layihəsinin icrası üçün tender elan edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Önümüzdəki həftələrdə tender elan edib başlayacağıq. Biz "Kanal İstanbul" deyirik, ana müxalifətin lideri isə edə bilməyəcəksiniz deyir. Sən nə edirsənsə et, amma biz bunu gerçəkləşdirəcəyik".
Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, müxalifətin hər yola əl atmalarına baxmayaraq, bunun qarşısını ala bilmədiklərini və bundan sonra da mane ola bilməyəcəklərini ifadə edib.
Ərdoğan deyib ki, Panama, Süveyş kanalı kimi Türkiyə də dəniz ticarəti üçün İstanbul kanalını tikəcək və bunun nəticəsində boğazlar gəmilər və tankerlərin qəzaya uğraması nətəcəsində ekoloji fəlakətlə üzləşməyəcək. 
O, Türkiyənin ixracatını 500 milyard dollara çatdırmaqda da qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Bosfor boğazı ilə paralel olaraq Mərmərə və Qara dənizlərini birləşdirəcək və uzunluğu 50 kilometr olacaq "Kanal İstanbul” layihəsi uzun illərdir ki, mübahisələrə səbəb olub. Bəzi mütəxəssislər bunun Türkiyə üçün fəlakət ola biləcəyini və Montrö sazişini təhlükəyə atacağını hesab edirlər. Kanalın dərinliyinin 25, eninin isə 150 metr olacağı gözlənilir.
Camal