
Azərbaycanlı futbolçu Ramil Şeydayevin klubu “Trabzonspor” rəsmi feysbuk səhifəsindən qardaşlıq mesajları yayımlayıb.
Qaynarinfo.Az xəbər verir ki, əvvəlcə hücumçunun fotosunu paylaşan “qaradənizlilər” onu qardaş ölkənini əmanəti kimi təqdim edib.
Qeyd edək ki, Rusiyanın “Zenit” klubundan ayrıldıqdan sonra “Trabzonspor”a keçən Ramil Şeydayev Azərbaycan milli komandasında oynamaq istədiyini bildirmişdi. AFFA-nın FİFA-ya müvafiq müraciətindən sonra isə ali futbol qurumu hücumçunun yığmamızda oynamağına icazə verib.


