"Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, ötən ilin yekunlarına görə 20%-dən bir qədər yüksək inflyasiya qeydə alınıb:
"Bəzi iqtisadi şərhlərdə bu fikir tez-tez səsləndirilir ki, Türkiyə valyutasının ucuzlaşması Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli edir. Nəzəri olaraq doğru yanaşmadır. Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşməsi ilə inflyasiya da az qala paralel sürətlə davam edir. Ötən ilin yekunlarına görə 20%-dən bir qədər yüksək inflyasiya qeydə alınıb. Bu ilin 2 ayının nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən 16%-ə yaxın olub".
Rövşən Ağayev onu da əlavə edib ki, alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edirlər:
"Bu isə o deməkdir ki, Türkiyə məhsil və xidmətlərinin rəqabətqabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi avantajın əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir. Məsələn, lirə nominal olaraq manat qarşısında 15% ucuzlaşıbsa, amma ordakı inflyasiya ilə Azərbaycanın göstəricisindən 12% yüksək olubsa, bu halda lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3% təşkil edir".
Bahar Rüstəmli
Şərhlər