Xəbər lenti

Türkiyə millisi rəqibini darmadağın etdi, 2-ci pilləyə yüksəldi
İdman20:01 13.11.2021

Türkiyə millisi rəqibini darmadağın etdi, 2-ci pilləyə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin IX turunda Türkiyə millisi növbəti matçını keçirib.
Qaynarinfo xəbər verir ki, G qrupunda Türkiyə yığması Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib.
Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Eyni xala malik Norveç 3-cü pilləyə enib.