Xəbər lenti

Türkiyə millisi Rusiya ilə yoldaşlıq oyunundan imtina etdi
İdman09:42 02.07.2023

Türkiyə millisi Rusiya ilə yoldaşlıq oyunundan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Futbol Federasiyasının sözçüsü Türker Tozar 2023-cü ilin sentyabrında Rusiya ilə qarşılaşma ehtimalını dəyərləndirib. 
Qaynarinfo "Sport24"ə istinadən xəbər verir ki, TFF rəsmisi belə bir oyunun baş tutmayacağını deyib.
"Türkiyə millisinin sentyabrda Rusiya yığması ilə yoldaşlıq oyunu keçirməsi mümkün olmayacaq. Artıq FIFA oyunlarının tarixini müəyyənləşdirmişik: 8 sentyabrda AVRO-2024-ün seçmə mərhələsində Ermənistanla və 12 sentyabrda Yaponiya ilə yoldaşlıq görüşünə qarşılaşacağıq. Gələcəkdə Rusiya yığması ilə oyun təşkil etmək olarmı? Hələlik bu mövzuda danışmaq və bunun mümkün olub-olmadığını söyləmək çətindir”, deyə Türker Tozar bildirib.
2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların bayrağı altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib. Rusiya millisi sonuncu dəfə 2023-cü ilin martında yoldaşlıq oyunu keçirib.
Aydın