Xəbər lenti

Türkiyə millisinin sabiq futbolçusu: "Qarabağ"ın ÇL-da etdikləri inanılmazdır
İdman13:48 08.11.2025

Türkiyə millisinin sabiq futbolçusu: "Qarabağ"ın ÇL-da etdikləri inanılmazdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə millisinin sabiq futbolçusu Mevlüt Erdinç UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən "Qarabağ” komandası haqqında fikirlərini bölüşüb.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlama verən veteran hücumçu Ağdam təmsilçisinin Avropada layiqli mübarizə apardığını deyib.
O, Azərbaycan çempionunun güclü komanda olduğunu söyləyib: "Qarabağ”ı yaxından izləyirəm. Bu kollektiv xüsusi olaraq diqqətimdədir. Qurban Qurbanovun komandasının Çempionlar Liqasında etdikləri inanılmazdır. Fransada yaşayan türklər olaraq "Qarabağ”la qürur duyuruq”.
Fransada doğulan Mevlüt Erdinç Türkiyə millisinin heyətində 35 oyunda 8 qolla yadda qalıb. O, karyerası ərzində PSJ və "Fənərbağça” kimi tanınmış komandaların heyətində çıxış edib.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan "Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.