Xəbər lenti

Türkiyə millisinin sabiq üzvü faciəvi şəkildə öldü (FOTOLAR)
İdman08:59 11.01.2022

Türkiyə millisinin sabiq üzvü faciəvi şəkildə öldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Konyaspor"un futbolçusu Ahmet Çalık dünyasını dəyişib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin ölümünə səbəb avtomobil qəzası olub. 
Qəza saat 09:00 radələrində Gölbaşı səmtinin Hacılar məhəlləsində baş verib. Futbolçunun istifadə etdiyi "06 CLK 94" dövlət nömrə nişanlı avtomobil Ankara-Niğde yolunda sürücünün idarəetməni itirməsi nəicəsində aşıb. Qəzanın baş verdiyi yerə təcili tibbi yardım əməkdaşları yetişsələr də Çalıkı ölümdən xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Müdafiəçi 2020-ci ildə "Konyaspor"a "Qalatasaray"dan transfer olunmuşdu. O, "sarı-qırmızılar"ın heyətində 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.
Çalık 8 dəfə Türkiyə millisinin formasını da geyinib.
Səbuhi Həsənov