Xəbər lenti

Türkiyə Qara dənizdə 2200 metr dərinlikdə enerji bazası yaradır - Gecə-gündüz iş gedir
Ekonomiks07:23 06.06.2022

Türkiyə Qara dənizdə 2200 metr dərinlikdə enerji bazası yaradır - Gecə-gündüz iş gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Qara dənizdə 2200 metr dərinlikdə qaz hasilatı üçün enerji bazası yaradacaq.
Qaynarinfo bu barədə "Milliyet” qəzetinə istinadən xəbər verir.
Türkiyə Qara dənizdə 540 milyard kubmetr qaz hasilatı və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacaq. Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir.
"4200 nəfərin gecə-gündüz işlədiyi nəhəng layihədə suyun altında 2200 metr dərinlikdə enerji bazası yaradılıb. Dənizin dibində yerləşən bu enerji bazasının 10 quyusunda quyubaşı armaturları yerləşdiriləcək. Bu siyirtmələrdən birinin çəkisi təxminən 65 tona yaxındır. Dənizin dibinə yerləşdiriləcək idarəetmə blokunun çəkisi 260 tondur. Qaz bu enerji bazasına veriləcək, oradan isə boru kəməri ilə sahilə daşınacaq”, - qəzet yazır.
Alpər