
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Novruz bayramı münasibəti ilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edirəm. Novruzu bu il Azərbaycanda qeyd etməkdən böyük məmnunluq duyuram. Baharın gəlişinin və təbiətin canlanmasının xəbərçisi olan Novruzun Azərbaycanlı bacı və qardaşlarıma, eləcə də Türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyir, bu gözəl bayram münasibəti ilə hamıya can sağlığı və müvəffəqiyyətlər arzu edirəm". deyə təbrikdə bildirilib.
Qaynar.info