Xəbər lenti

Türkiyə Superliqasında qalmaqal: Klub prezidenti hakimə hücum etdi (FOTOLAR)
İdman08:59 24.12.2021

Türkiyə Superliqasında qalmaqal: Klub prezidenti hakimə hücum etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Superliqasının 18-ci turu çərçivəsində keçirilən "Yeni Malatyaspor" - "Kayserispor" matçı qalmaqalla yekunlaşıb.
Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, qarşılaşmanın final fitindən sonra "Yeni Malatyaspor"un rəhbəri Adil Gevrek meydana daxil olaraq hakim Hüseyin Göçekə hücum edib. Buna səbəb klub rəhbərinin hakimlərin qərarları ilə razılşamaması olub. Göçekin qərarlarına sərt reaksiya verən və onun üzərinə yeriyən Gevrekə təhlükəsizlik qüvvələri mane olub. Polis qrupları tərəfindən qorunan referi təxminən 20 dəqiqə meydanı tərk edə bilməyib.
Prezidentinin meydanı tərk etməsindən sonra hakimlər briqadası polisin müşayiəti ilə stadiondan uzaqlaşdırılıb.
Səbuhi Həsənov