Xəbər lenti

Türkiyə Superliqasının 2 komandası Azərbaycan klubu ilə oynayacaq
İdman16:36 08.06.2016

Türkiyə Superliqasının 2 komandası Azərbaycan klubu ilə oynayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA tərəfindən cəzalandırıldığı üçün avrokuboklarda çıxış etməyəcəyi dəqiqləşən Bakının "İnter" klubu növbəti mövsümün hazırlıqlarını Türkiyədə keçirəcək.

Qaynarinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, komanda ilk toplanışını Ərzurumda, 2-ci hazırlıq prosesini isə Ankaradakı Kızılcahamamda keçirəcək.

Əsas yoxlama oyunları iyulun 18-30-u aralığında baş tutacaq Kızılcahamam toplanışında olacaq. Orda 5 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Təşkilatçılarla bağlanan müqaviləyə görə, rəqiblərdən minimum 2-si Türkiyə Superliqasında çıxış edən komandalar olacaq.

Bu arada "İnter" heyətinə daha bir futbolçunu qatıb. Klub "Xəzər Lənkəran"ın əsas komandasının dağılmasından sonra boşda qalan qapıçı Orxan Sadıqlını 1 illik müqavilə ilə heyətinə cəlb edib. Bu isə o deməkdir ki, 2009-cu ildən "İnter"də çıxış edən Gürcüstan millisinin sabiq qapıçısı 36 yaşlı Georgi Lomaya komandadan ayrılıb. Gürcülərdən mərkəz müdafiəçisi Zurab Xizanişvilinin də yol üstdə olduğunu bildirək.

Qaynarinfo.az