"Beşiktaş" Cenk Tosunun transferi üçün İngiltərənin "Everton" klubu ilə razılığa gəlib.
Qaynarinfo "BeİN Sports"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu üçün "Everton"un 27 milyon avro ödəniləcək.
İstanbul klubunun prezidenti Fikrət Orman "Everton" rəsmiləri ilə görüşündə əvvəllər təklif olunan məbləği daha 2 milyon avro yüksəltməyə müvəffəq olub. O, transferin həftəsonuna qədər rəsmiləşəcəyini vurğulayıb.
Cenk Tosunun transferində son mərhələyə gəlmişik. Klub qədər futbolçularımızın mənfəəti də əhəmiyyətlidir. Həftə sonuna qədər məsələ dəqiqləşəcək" deyə Fikrət Orman bildirib.
"Everton"un baş məşqçisi Sem Ellardaysın 26 yaşlı hücumçunu "Liverpul"a qarşı yanvarın 5-də keçirəcəkləri İngiltərə Federasiya Kuboku matçında heyətə daxil edəcəyi bildirilir.
Qeyd edək ki, Cenk Tosun Türkiyənin ən bahalı futbolçusu statusunu qazanacaq.
Gülşən