Xəbər lenti

Türkiyə Voleybol Federasiyasının prezidenti Göygöldə - FOTO
İdman10:42 27.10.2016

Türkiyə Voleybol Federasiyasının prezidenti Göygöldə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bildiyimiz kimi, voleybol üzrə qadınlar arasında 2017 Avropa Çempionatı Azərbaycanda və Gürcüstanda keçiriləcək.

Qaynarinfo.Az xəbər verir ki, 2 qrupun oyunları Bakıda, 1 qrup Gürcüstanda və 1 qrupun oyunları Göygöl Olimpiya Kompleksində keçiriləcək.

Bu gün Avropa Çempionatına hazırlıqla bağlı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti, eləcə də Türkiyə Voleybol Federasiyasının prezidenti Özkan Mutlugil Göygöldə səfərdə olub.

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, Göygöl İcra Hakimiyyətinin və İdman İdarəsinin rəhbərləri bu görüşdə iştirak edib. Artıq Göygöl Olimpiya Kompleksində hazırlıq işlərinə start verilib.

Nəzərinizə çatdıraq ki, noyabr ayında paytaxtımızda 2017 Avropa Çempionatının keçirilməsi ilə bağlı müqavilənin imzalanma mərasimi və çempionatın püşkatma mərasimi keçiriləcək.

Qaynarinfo.Az