Xəbər lenti

Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yaydı
Siyasət10:10 26.08.2022

Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, həmçinin Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik".
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanatında deyilir.
Bəyanatda deyilir:
"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, həmçinin Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək".