Xəbər lenti

Türkiyə XİN başçısı ATƏT-in bölgəyə missiya göndərməsinə münasibət bildirdi
Dünya 14:27 21.10.2022

Türkiyə XİN başçısı ATƏT-in bölgəyə missiya göndərməsinə münasibət bildirdi

"ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyir. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk qrupunun səylərinin nəticəsi deyildi: "Azərbaycan öz işini özü gördü. ATƏT sərhədə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”.

"Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Bu əlaqələrin normallaşması istiqamətində atılan hər bir addım həm də İrəvan- Ankara münasibətlərinə təsir edir", - o, əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->