Xəbər lenti

Türkiyə yığması səfərdə Gürcüstan millisini məğlub etdi
İdman 22:16 04.09.2025

Türkiyə yığması səfərdə Gürcüstan millisini məğlub etdi

DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda keçirilən ilk tur matçında Türkiyə milli komandası səfərdə Gürcüstanı 3-2 hesabı ilə məğlub edib

Qaynarinfo xəbər verir ki, matç Tbilisi şəhərində baş tutub.
Matçın ilk qolunu 3-cü dəqiqədə Mert Müldür vurub, ona Arda Güler assistlik edib. 41-ci dəqiqədə Kerem Aktürkoğlu Türkiyənin ikinci qolunu vuraraq hesabı 2-0-a çatdırıb və ilk hissə bu hesabla başa çatıb.

İkinci hissədə Aktürkoğlu 52-ci dəqiqədə Yunus Akgünün ötürümündən sonra dubl edərək hesabı 3-0-a yüksəldib. Gürcüstan yığması 71-ci dəqiqədə Zuriko Davitaşvili və 98-ci dəqiqədə Kviça Kvaratsxelia ilə qollardan ikisinin əvəzini çıxıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->