Xəbər lenti

Türkiyədə 17 günlük tam qapanma başladı
Ölkə18:42 29.04.2021

Türkiyədə 17 günlük tam qapanma başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə koronavirus pandemiyası səbəbindən elan edilən tam qapanma başlayıb.
Qaynarinfo xəbər verir ki, lokdaun yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minib.
Qərara əsasən, qapanma mayın 17-si saat 05:00-dək davam edəcək.
Bu müddət ərzində DİN tərəfindən xüsusi icazə verilən şəxslər istisna olmaqla, bütün ofislər, iş yerləri bağlanacaq. Şəhərlərarası səyahətlər yalnız icazə əsasında həyata keçiriləcək. İctimai nəqliyyat isə 50% gücü ilə çalışacaq. (oxu.az)