Xəbər lenti

Türkiyədə bütün yanğınlar artıq nəzarətə götürüldü
Ölkə15:58 12.08.2021

Türkiyədə bütün yanğınlar artıq nəzarətə götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədəki bütün yanğınlar nəzarətə götürülüb.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli öz tvitter hesabında açıqlayıb.
O bildirib ki, hazırda soyutma işləri davam edir.
Qeyd edək ki, iyulun 28-dən Türkiyənin bir sıra bölgəsində meşə yanğınları başlayıb. Yanğınlar nəticəsində səkkiz nəfər həlak olub.
İlkin qiymətləndirmələrə görə, turizmlə bağlı zərərlər də daxil olmaqla yanğınların Türkiyə iqtisadiyyatına vurduğu ziyan 300 milyard lirədən çoxdur.