Xəbər lenti

Türkiyədə dənəsi 10 lirəyə satılan alça bizdə neçəyədir?
Ölkə16:37 15.01.2018

Türkiyədə dənəsi 10 lirəyə satılan alça bizdə neçəyədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə bazarlarında alçanın 1 ədədi 10 lirəyə satılır.
Trend-in məlumatına görə, hazırda Türkiyə bazarlarında alçanın bir ədədini 10 lirəyə almaq olar.
Mövsümündə bir kiloqramı təxminən 5-7 lirə olan alça qış aylarında 700 lirəyə satılır.
Alçanın baha satılmasının başlıca səbəbi isə bu meyvənin Ekvadordan gətirilməsidir.
Məlumata əsasən, qış mövsümündə Türkiyə bazarlarında nadir hallarda gilas da tapmaq olar. Gilasın 100 qramının qiyməti 35 lirədir.
Azərbaycanda da bu meyvə qışda el dilində desək "od qiyməti"nə satılır. Trend-in məlumatına görə, hazırda "Təzə bazar"da alça qonşu ölkədə olduğu kimi dənə-dənə satılır və 1 ədəd alçanın qiyməti 10 manatdır.