
"Qarabağ" sabiq futbolçusu Leroy Corcu yenidən heyətində görmək istəyir.
Qaynarinfo.az xəbər verir ki, Hollandiya vətəndaşlığı olan surinamlı futbolçunu "Qarabağ"dan başqa daha 2 klub istəyir.
Belə ki, ötən mövsüm "Qarabağ"dan yüksək maddi pul qarşılığında Türkiyənin I dəstə klubu "Göztəpə"yə keçən Corc ilk dövrədə yaxşı oynasa da, qış fasiləsində zəif çıxış etmişdi. Klub onun illik 1 milyon 300 min lirədən ibarət maaşını 900 minə endirmək istəsə də, futbolçu buna razılaşmayıb. Bu üzdən İzmir klubu onu, belçikalı Byörn Vleminksi və isveçli Nahir Besaranı satışa çıxarıb.
"Göztəpə"nin baş məşqçisi Okan Buruk sabah bu 3 futbolçunun əsas komanda ilə İzmirdə məşqlərə başlayacağını söyləyib: "3 oyunçunu da yeni mövsümdə heyətdə düşünmürəm. Ancaq onların da çalışmağa, məşq etməyə ehtiyacları var. Biz də klub olaraq bunu etmək məcburiyyətindəyik. Vleminks və Corca gələn təkliflər var. Rəhbərlik həm klubumuzun, həm də oyunçuların xeyri naminə ən düzgün qərarı verəcək".
Qeyd edək ki, Leroy Corcun "Göztəpə" ilə hələ 1 il müqaviləsi var. Əgər Türkiyə klubu sata bilməsə, bu futbolçuya 200 min avro təzminat ödəməlidir.
Qaynarinfo.az