Xəbər lenti

Türkiyədə Putinin şəklini göstərən rus futbolçu danışdı: "Bunda elə bir şey yoxdur"
İdman10:40 17.02.2016

Türkiyədə Putinin şəklini göstərən rus futbolçu danışdı: "Bunda elə bir şey yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən İstanbulda keçirilən Avropa Liqasının 1/16 final mərhələsinin "Fənərbaxça" (Türkiyə) - "Lokomotiv" (Rusiya) oyununda Moskva klubunun yarımmüdafiəçisi Dmitri Tarasovun təxribatçı mayka geydiyi aşkara çıxıb.

Qaynar.info xəbər verir ki, oyun başa çatdıqdan sonra formasını çıxaran Tarasovun maykasının mərkəzində Rusiya prezidenti Vladimir Putinin matros şəklinin olduğu və bunun altında "samıy nejlivıy prezident" ("ən nəzakətli prezident") sözlərinin yazıldığı fotoobyektlərin yaddaşına düşüb.

Tarasov bu barədə bunları deyib: "Bu mənim ideyam idi, heç bir təxribat etmək istəmirdim. Mən sadəcə öz ölkəmin patriotuyam, Vladimir Putin isə bizim prezidentdir. Futbolkada deyilir ki, bizim böyük prezidentimiz var. Bunda elə bir şey yoxdur. Mən bunu matçdan sonra öz azarkeşlərimizə təşəkkür etmək üçün gedərkən göstərmişəm. Birinci dəfə deyil ki, bu maykanı geyinirəm, sadəcə əvvəllər heç kim buna fikir verməmişdi. Oyun İstanbulda olduğundan, bu belə rezonans doğurdu".

Qeyd edək ki, UEFA "dəmiryolçular"ı bu futbolçusunun hərəkətinə görə cəzalandıra bilər. Dmitri Tarasovu 10 matçdan az olmayan uzunmüddətli diskvalifikasiya gözləyir.

Qaynar.info