Xəbər lenti

Türkiyədə “Qarabağ parkı” açılacaq
Ölkə19:55 27.06.2022

Türkiyədə “Qarabağ parkı” açılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Batman şəhərində "Qarabağ parkı” açılacaq.
Qaynarinfo apa-ya istinadən xəbər verir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş parkın açılışı 30 iyunda baş tutacaq. Mərasim çərçivəsində mügənni Azərinin konsert proqramı nəzərdə tutulub. Bundan əlavə, Azərbaycanın Qarabağ bölgəsinin tarixi və mədəniyyətini əks etdirən 7 pavilyonun açılışı da olacaq.
Ümumi sahəsi 15 397 kvadratmetr olan "Qarabağ parkı” Batman bələdiyyəsi tərəfindən salınıb. Parkda uşaq meydançası, terraslar, tematik və istirahət zonaları yaradılıb.