Xəbər lenti

Türkiyədə yoxa çıxan azərbaycanlı tələbələr PKK düşərgəsində tapıldı - VİDEO
Ölkə09:55 15.06.2015

Türkiyədə yoxa çıxan azərbaycanlı tələbələr PKK düşərgəsində tapıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 azərbaycanlı tələbə PKK silahlılarının sırasında tapıldı.

Ötən gün onların PKK sıralarına qoşulduğunu göstərən video yayılıb.

Xatırladaq ki, aprelin əvvəllərində Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gənc yoxa çıxmışdı. Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələri axtarışı ilə məşğul idilər, amma axtarışın nəticəsi barədə heç nə məlum olmadı.

Qaynar.info