Xəbər lenti

Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak oldu (FOTO)
Ölkə04:20 10.02.2023

Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İş adamı, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Hatayada baş verən zəlzələdə həyatının itirib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə həyatını itirib.
Faktı Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fiqurət Qafarov təsdiqləyib.
Rusiya vətəndaşı olan Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində iş adamı olub. Ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olan E.Əliyev zəlzələnin qurbanı olub. Onun cənazəsinin doğulduğu Salyan rayonuna gətirilməsi istiqamətində işlər aparılır.
Allah rəhmət eləsin!