Xəbər lenti

Türkiyədəki futbol matçında Azərbaycana dəstək - VİDEO + FOTOLAR
İdman05:39 04.04.2016

Türkiyədəki futbol matçında Azərbaycana dəstək - VİDEO + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Türkiyənin I dəstəsinin XXVII turunun "Şanlıurfaspor" - "Qaziantep Böyükşəhər Bələdiyyəsi" oyununda da Qarabağ münaqişəsinə biganə qalmayıblar.

Qaynar.info xəbər verir ki, əsasən kürdlərin yaşadığı Şanlıurfanın stadionunda oyundan əvvəl "Şəhidlər ölməz, vətən bölünməz", "Ya Allah, bismillah, Allahü-əkbər" şüarları səsləndirilib. Eləcə stadionda "Şanlıurfaspor" azarkeşlərinin yer aldığı sektorda "Qansa qan, cansa can, səninləyik, Azərbaycan" pankardı açılıb.

Qeyd edək ki, bu pankardın bənzəri dünən Bayıl Arenada keçirilən "Rəvan" - "Neftçi" (1:0) oyununda da fotogörüntülərə düşüb.

Qaynar.info