Xəbər lenti

Türkiyədən Ermənistana yeni ŞƏRT
Ekonomiks10:59 03.07.2013

Türkiyədən Ermənistana yeni ŞƏRT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını azad etdikdən sonra bölgədə reallaşdırılan layihələrdən faydalana bilər.

APA-nın məlumatına görə, bunu Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bu gün Bakıda keçirilən türkdilli dövlətlərin nəqliyyat nazirlərinin birinci iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti təkcə Azərbaycan, Türkiyə və Gürcüstana aid olan layihə deyil: “Bu xətdən bölgədə olan dövlətlər də yararlana bilərlər. Ancaq Ermənistan bu layihədən istifadə etməsi üçün bir sıra öhdəlikləri həyata keçirməlidir. Qardaşımız Azərbaycanın işğal etdiyi torpaqlarından çıxmalı, aralarındakı problemləri tamamilə bitirməli, ixtilaflara son qoymalı, bölgədə sülh içində yaşamağın dəyərini öyrənməlidir. Bundan sonra ermənilər gəlib şərq və qərb inteqrasiyasında iştirak edə bilərlər. Biz bu layihələri bəzək üçün etmirik, insanların istifadə etməsi üçün həyata keçiririk”.

Qaynar.info