Türkiyəli peşəkar boksçu Musa Askan Yamak dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Almaniyada yaşayan, əslən Giresunun Alukra rayonundan olan 36 yaşlı, +84 kq çəki dərəcəsində yarışan boksçu ötən gecə Münhendə döyüş zamanı infarkt keçirib.
Bokçunun üçüncü raundun fasiləsində infarkt keçirərək qəfildən rinqə yıxıldığı bildirib. Xəstəxanaya aparılsa da boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Yarımağır çəkidə boksda WBF və GBU kəmərlərinin sahibi kimi Avro-Asiya çempionu olan Musa Askan 75 peşəkar görüşdə məğlub olmasa da, rinqdə ürəyinə uduzub.
Səbuhi Həsənov