
ÇL-ın pley-off mərhələsində ilk matçda "Kopenhagen"i 1:0 məğlub etdikdən sonra Avropanın diqqəti "Qarabağ"a yönəlib. Bu oyun dünən axşam türkiyəli idman şərhçilərinin də müzakirə etdiyi matçlardan idi.
"Qaynarinfo" milli.az-a istinadla xəbər verir ki, türkiyəli futbol şərhçiləri cavab oyunu öncəsi üstünlüyə sahib olan "Qarabağ"ın Şimali Avropanın "Çelsi"si hesab edilən "Kopenhagen" üzərindəki qələbəsini dəyərləndiriblər. Ali Ece adlı şərhçinin dedikləri isə xüsusilə diqqət çəkib:
"Mənim babamın anası azərbaycanlıdır. Uşaq vaxtı ora tez-tez gedib, gəlirdim. Qol gözəl qol idi. Təsadüf bir qol deyil".
Ali Ecenin "Qarabağ"ın ötəngünkü möhtəşəm qələbəsi haqda dediklərinin ardını aşağıdakı videodan dinləyə bilərsiniz:
Qaynarinfo.Az