Xəbər lenti

Türkiyəli yazardan təxribat - "Qarabağ"ı Ermənistan klubu kimi təqdim etdi
İdman07:25 26.08.2022

Türkiyəli yazardan təxribat - "Qarabağ"ı Ermənistan klubu kimi təqdim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.
Qaynarinfo xəbər verir ki, o, püşkatmanı dəyərləndirərkən "Qarabağ" Ermənistan komandası deyilmi" ifadələrini işlətməklə böyük səhvə yol verib. Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasına "PSV-MSV" deyərək onu aşağılayan ifadələr işlədib. Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması üzə çıxıb. Həmkarı Hüseyin Özkek bu barədə də onu məlumatlandırıb. Bilgiç "Qarabağ"ın Azərbaycan klubu olmasından məlumatsızlığı və onu Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.
UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci səbətdən qoşulacaq.
Səbuhi Həsənov