Xəbər lenti

Türkiyənin Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət etdi
Ölkə18:08 23.04.2020

Türkiyənin Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Azərbaycandakı səfirliyi ölkələrinə qayıtmaq istəyən vətəndaşlarına müraciət edib.
Bu barədə səfirliyin "Facebook” hesabında açıqlama verilib:
"Bakıdan bu gecə 01:55-də TK-335 və sabah, aprelin 24-də 14:30-da havaya qalxacaq TK-333 təyyarələrinə bilet satışı Heydər Əliyev adına Hava Limanının köhnə terminalında həyata keçiriləcək.
Vətəndaşlarımızdan gömrük və bilet alma prosedurlarının uzun vaxt apara biləcəyini nəzərə alaraq, beş saat əvvəl hava limanına gəlmələri xahiş edilir”.