Xəbər lenti

Türkiyənin bu qərarı manatın beynəlxalq dəyərini artıra bilər - Ekspert
Ekonomiks08:14 21.12.2021

Türkiyənin bu qərarı manatın beynəlxalq dəyərini artıra bilər - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyə hökumətinin belə bir qərar verməsi Azərbaycan manatının beynəlxalq pul köçürmələrdə daha çox istifadə olunmasına gətirib çıxarda bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəminin Türkiyə Mərkəzi Bankı tərəfindən "Ticarətə aid xarici valyutalar” siyahısında yer almasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında bu ilin aprel ayında 15 anlaşma imzalanıb:
"Həmin anlaşmalardan biri də ondan ibarət idi ki, Türkiyə və Azərbaycan şirkətlərinin biri-biri ilə ticarətində yerli valyutalardan - həm manat, həm də türk lirəsi istifadə edilsin. Ona görə də Azərbaycanda tük lirəsi banklar tərəfindən qəbul olunurdu. Mərkəzi Bank və bankların hesab açılma və pul köçürmə imkanları da vardı. Əvəzində Azərbaycan manatının da Türkiyədə eyni qaydada tətbiq olunması ilə bağlı qərarın olması gözlənilirdi. Yəni gözlənilməz bir şey deyildi, qərar bundan öncə bağlanılmış müqavilələr çərçivəsində baş verdi”. 
Natiq Cəfərli bunu pozitiv hal kimi dəyərləndirir:
"Azərbaycan manatının Gürcüstanda da tətbiqi ilə bağlı qərar vardı”.
Bahar Rüstəmli