
Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər səhhətində yaranan probləmlər səbəbindən xəstəxanaya aparılıb.
10-cu prezident Memorial Ankara Xəstəxanasına gətirilib. Sezərin gecəni xəstəxanada keçirəcəyi, ediləcək müayinələrin ardından müalicənin aparılacağı bildirilib.
Xəstəxanadan verilən məlumata görə, keçmiş prezidentin sağlamlığı ilə bağlı elə də ciddi narahatlıq yoxdur. (ans)
Qaynar.info