Xəbər lenti

Türkiyənin ilk yerli elektromobili İlham Əliyevə təqdim olundu (YENİLƏNİB/FOTO)
Ekonomiks12:03 04.04.2023

Türkiyənin ilk yerli elektromobili İlham Əliyevə təqdim olundu (YENİLƏNİB/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili "Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
 16:03
Türkiyədə istehsal olunan ilk yerli elektromobil - "Togg”un sayca ikinci modeli Azərbaycana gətirilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə məmnunluğunu bildirib, Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
İ.Əliyev bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Xatırladaq ki, "Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.