Xəbər lenti

Türkiyənin qazı 45 il dünyanın qaz tələbatını ödəyə bilər? - Ekspert
Ekonomiks12:13 06.06.2022

Türkiyənin qazı 45 il dünyanın qaz tələbatını ödəyə bilər? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə mətbuatının yazdığına götə, qardaş ölkə Qara dənizdə qaz hasilatı üçün 2200 metr dərinlikdə energetika bazası tikəcək. "Sabah” nəşrinin məlumatına əsasən, "Sakarya” yatağından Filos dəniz limanına qədər uzanacaq qaz kəmərinin 540 milyard kubmetr "mavi yanacağ”ın çıxarılmasına və nəqlinə imkan verəcəyi güman edilir. İlkin tədarüklərin gələn ildən baslayaraq həyata keçirilməsi planlaşdırılır.
Bu qaz yatağı ilə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, keçmiş baş nazir Binəli Yıldırım bildirib ki, Qara dənizdəki enerji ehtiyatları dünyanın 45 il ərzində təbii qaza olan tələbatını ödəməyə kifayət edir: "Qara dənizin təbii qaz ehtiyatları hazırda 540 milyard kubmetr qiymətləndirilir. Bu, hələ başlanğıcdır, davamı olacaq. Qara dəniz 45 il ərzində dünyanın qaz ehtiyacını ödəməyə qadirdir”. 
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz "Mayıs" jurnalına müsahibəsində isə bildirib ki, bu yatağın istismarına 2023-cü ilin əvvəlində başlamaq və qaz hasilatını 40 milyon kubmetrə çatdırmaq planlaşdırılır: 
"Biz qaz hasilatına, ehtimal ki, gələn ilin birinci rübündə başlamaq niyyətindəyik. İlkin mərhələdə sutkada qaz hasilatı 10 milyon kubmetr olacaq. Növbəti üç-dörd il ərzində isə biz həcmi müvafiq olaraq sutkada 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq və illik qaz hasilatının həcmi də növbəti illərdə artırılacaq”. 
Türkiyənin Qara dənizdən 540 milyard kubmert qaz çıxarmaq imkanına malik olması bu ölkə üçün nə deməkdir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki, bu rəqəm Türkiyənin daxili tələbatında asılılığı əhəmiyyətli səviyyədə azaldacaq faktor deyil:
"Türkiyənin qaza olan illik tələbatı 60-80 milyard kubmetr arasında dəyişir. Bu belədirsə, Qara dənizdən çıxarılacaq 540 milyard kubmetr qaz Türkiyəyə 6-7 il ərzində öz daxili tələbatını həmin yataq hesabına ödəməyə kifayət edir. Amma Türkiyənin bu sürətlə həmin yatağı istismar imkanları məhduddur. Ona görə düşünürəm ki, həmin yataqdan istismar mərhələli şəkildə olacaq. Ən yaxşı halda yatağın illik istehsal nisbəti Türkiyənin daxili tələbatının 5-10 faizi ətrafında formalaşacaq. Burada ildə 5-6 milyard kubmetr qaz istehsal edilə bilər. Çünki proses miqyasına görə təşkil olunacaq. Bu da o deməkdir ki, Qara dənizdən Türkiyənin çıxaracağı 540 milyard kubmetr qaz hasilatı böyük potensial deyil”.
Rüfət Sultan