
AFFA prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubunu çalışdırmasına razılıq verməyib.
Qaynarinfo.Az xəbər verir ki, xorvat mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi Abdullayevi razı salmaq üçün başqa vasitələrə əl atıb. Belə ki, Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyin Şahin və Çalışma və Sosial Güvənlik naziri Mehmet Müəzzinoğlundan kömək istəyiblər.
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə bu ilin sonunadək müqaviləsi var.
Qaynarinfo.Az