Xəbər lenti

Türkmənistan qazının Azərbaycana ikiqat mübadiləsinə dair saziş imzalandı
Ekonomiks14:05 03.06.2022

Türkmənistan qazının Azərbaycana ikiqat mübadiləsinə dair saziş imzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıda Türkmənistanın qaz svapının həcminin iki dəfə artırılması üzrə qarşılıqlı anlaşma memorandumu üç ölkə (İran-Azərbaycan-Türkəmənistan) arasında imzalanıb.
Qaynarinfo bu barədə ISNA agentliyinə istinadən xəbər verir.
Bu müqaviləyə görə, Türkəmənistan qazı İran - Azərbaycan marşrutu ilə 1.5-2 milyard kubmetrə qədər nəql olunur və İran bu qazın bir hissəsini tranzit mübadiləsi hüququ kimi alır.
Bu müqavilədə çox mühüm məqam maliyyə mübadilələrinin həyata keçirilməsinə ehtiyac olmamasıdır ki, bu da müqavilənin yerinə yetirilməsini çox asan edir.
Qeyd edilir ki bu gün Bakıda keçirilən enerji konfransında çıxış etmək və Azərbaycan Respublikasının neft-qaz sərgisini ziyarət etmək üçün ölkəyə səfər edən İranın neft naziri Türkmənistanın neft svaplarının həcminin iki dəfə artırılmasında Azərbaycanın hökuməti ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Vurqulanır ki, müvafiq olaraq, İran marşrutu ilə nəql olunan qazın həcmi iki dəfə artırılır. İran neft naziri bəyan edib ki, İranın bu miqdarı asanlıqla 3-4 dəfə qaldırmaq imkanı var.
Əlavə olaraq qeyd olunur ki, bu anlaşma Naxçıvanın qaz təminatından başqa, bir tərəfdən İran  şimal-şərq qaz şəbəkəsini daha da sabitləşdirməyə kömək edir, digər tərəfdən isə İranın regionda enerji mübadiləsinə dair rolunu daha da genişləndirir.
M.Arif