Xəbər lenti

Twitter-dən unikal yenilik
Ekonomiks13:07 30.01.2015

Twitter-dən unikal yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Twitter daha bir yeniliklə istifadəçilərini sevindirib.

Anspress-in məlumatına görə, artıq sosial şəbəkə vasitəsi ilə video paylaşmaq çox asan olacaq. 

Sosial şəbəkədə son yenilənmədən sonra Twitter-də mobil telefondan video paylaşmaq çox sadə hala gətirilib.

Bunun üçün mobil telefonunuzda Twitter-i açdıqdan sonra ilk olaraq tweet yazma düyməsinə basmalısınız. Daha sonra ekranın alt qisimində olan foto simvolunu basaraq videonu seçirsiniz. 

Lakin videonuz ən çox 30 saniyə olmalıdır. Daha sonra paylaşma düyməsinə basaraq videonuzu paylaşırsınız. Bununla yanaşı, videonuzu istədiyiniz hissəsindən kəsərək də seçə və paylaşa bilərsiniz.

Qaynar.info