Xəbər lenti

U-18-in baş məşqçisi: “Kənarda yaşayanlar haqda da məlumatlar toplayırıq”
İdman14:52 16.12.2021

U-18-in baş məşqçisi: “Kənarda yaşayanlar haqda da məlumatlar toplayırıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra Aqil Nəbiyev U-18 millimizin baş məşqçisi təyin olundu. Buna qədər U-17-ni çalışdıran mütəxəssis komandası ilə birlikdə Avropa çempionatında iştirak etmək şansını qaçırmışdı. Daha doğrusu, heyətdə koronavirusa yoluxan futbolçular aşkarandığı üçün bu iştirak alınmamışdı.
Nəbiyev həm yeni təyinatı, həm də qarşıdakı planlarla bağlı Qaynarinfo-ya açıqlama verib:
"Demək olar, mənim öz yaş qrupumdur. 2021-də 17 yaşlılardan ibarət yığma sayılırdısa, gələn ildən 18 olacaq. 2023-cü ildə 19 yaşlılardan ibarət yığma kimi yarışlara çıxacaqlar. Gələn il biz, demək olar, hazırlıqlarla kifayətlənəcəyik. Yəqin ki, yoldaşlıq görüşləri, turnirlər-filan olacaq. Yaxın günlərdə bu barədə rəhbərliklə söhbətlər aparılacaq. Tanıdığımız uşaqlardır. Bilirsiniz ki, yanvardan, pandemiya vaxtından bu yana onlarla birlikdə hazırlıq keçmişik. Mənfi cəhətləri odur ki, beynəlxalq təcrübələri yoxdur. Belçikada keçirilən Avropa çempionatında yoluxma ilə əlaqədar iştirak edə bilmədilər”.
O, heyətə yeni fubolçular dəvət olunacağını bildirdi:
"Təbii, milli komanda fərqlidir. Sevindirici məqam odur ki, liqalar davam edir. Uşaqları izləyirik. Özlərini yaxşı tərəfdən göstərənlər dəvət alacaqlar. Oyununda eniş olanlar isə dəvət almayacaqlar. İzlədiyimiz liqalarda bir neçə futbolçu var ki, adlarını qeyd eləmişik. U-17, U-19-da, əvəzedicilərdə oynayan futbolçularımız var. İnşallah, toplanışa həmin futbolçular dəvət alacaq. Komandamdan 4 nəfər BƏƏ-yə yollanan U-19-a dəvət almışdı. Az da olsa oynamışdılar. Hamısı haqqında məlumatım var. Ümumiyyətlə, bizdə bir neçə futbolçu var ki, daha yuxarı yaşlılardan ibarət komandalara dəvət alırlar. Bu həm biz, həm də Azərbaycan futbolu üçün faydalıdır. Çünki təzyiqlər görürlər”.
Mütəxəssis planlarla bağlı hələ rəhbərliklə söhbət aparılmadığını dedi: 
"Qarşıdakı planlarla bağlı, rəhbərliklə hələ söhbətimiz olmayıb. Yəqin ki, bu ilin sonuna qədər hər şey məlum olar. İstərdik ki, beynəlxalq yoldaşlıq görüşlərinin sayı çox olsun. Məlum səbəblərə görə demək olar əvvəlki hazırlıqlarımızı boşa keçirdik. Yekun toplantıda yəqin ki, planlar müəyyənləşəcək”.
Veteran futbolçu milliyə ölkə xaricindən də futbolçu dəvət oluna biləcəyini istisna etmədi:
"Axtarışdayıq, kənarda yaşayan azərbaycanlılar haqda da məlumatlar toplayırıq. İnşallah, gedib oyunlarını yerində izləyəcəyik. Keyfiyyətlərini biləndən sonra miliyə dəvət edəcəyik. Azərbaycanda da liqalar davam etdiyi üçün yeni futbolçular ortaya çıxır. U-21 kimi Avropa çempionatında oynamayacağıq. Amma üstünlüyümüz ondadır ki, ölkə xaricindən dəvət etdiyimiz azərbaycanlı futbolçuları yoxlamaq imkanımız olacaq”. 
Səbuhi Həsənov