Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, 7-ci qrupda yer alan komandamızın bütün görüşləri Xorvatiyanın Karlovac şəhərindəki "Mladost Arena”da keçiriləcək.
Millimiz martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Son dueldəki rəqibimiz isə Latviya futzalçıları olacaq.
Belarus – Azərbaycan
16 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 19:00
Xorvatiya – Azərbaycan
17 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 22:00
Azərbaycan – Latviya
19 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 19:00
Səbuhi Həsənov