İdman 10:40 07.06.2022

U-21 Avropa çempionatında növbəti matçına çıxacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
 
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin rəhbərlik ediyi komandamız səfərdə finlandiyalı həmyaşıdları ilə qarşılaşacaq.
 
Helsinkidə, "Helsinki Football Stadium”da, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq Finlandiya - Azərbaycan qarşılaşmasını Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.
 
Hazırda komandamız A qrupunda 7 xalla 5-ci, Finlandiya isə 16 xalla 3-cü pillədə qərarlaşıb.
 
AVRO-2023, seçmə mərhələ

17:00. Finlandiya – Azərbaycan
 
Hakimlər: Jasmin Sabotic, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Muller (Lüksemburq)
Helsinki, "Helsinki Football Stadium”. 

Səbuhi Həsənov