İdman 17:56 19.09.2022

U-21-in oyunu ləğv olundu

Bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər veri ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu baş tutmayacaq. Buna səbəb Qırğızıstan millisinin Azərbaycana səfər edə bilməməsidir.

U-21 sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
 
Səbuhi Həsənov