U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin komandası A qrupundakı 4-cü sınağında Xorvatiya ilə qarşılaşacaq. Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Çexiyadan olan FIFA referisi Ondrjey Berka idarə edəcək.
Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə edib. Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla 2-cidir.
AVRO-2023-ün seçmə mərhələsi
12 oktyabr
20:30. Azərbaycan – Xorvatiya
Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. "Kapital Bank Arena”
Avstriya - 9, Xorvatiya - 9, Norveç - 6, Finlandiya - 4, Azərbaycan - 1, Estoniya - 0
Qrupun digər matçlarında Norveç Estoniyanı, Finlandiya isə Avstriyanı qəbul edəcək.
Səbuhi Həsənov