Xəbər lenti

U-21 millimizin də heyəti açıqlandı
İdman12:34 05.10.2025

U-21 millimizin də heyəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.
U-21-in heyətini və oyunlarının təqvimini təqdim edirik:
Qapıçılar: Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Şamaxı"), İbrahim Ramazanov ("Turan Tovuz")
Müdafiəçilər: Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Kəpəz"), Nadir Orucov ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Əkbər Eyubov ("Zirə"), Sənan Muradlı ("Şamaxı"), Rüfət Abbasov ("Şamaxı")
Yarımmüdafiəçilər: Fəxri Məmmədli ("Səbail"), Eşqin Əhmədov ("Qəbələ"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Emil Süleymanov ("Şamaxı"), Oruc Məmmədov ("Şamaxı")
Hücumçular: Şahin Şahniyarov ("Qəbələ"), Şahin İbrahimov ("Sabah"), Xəyal Əliyev ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi"), Nahid Əliyev ("Şəfa"), Sadiq Şəfiyev ("Kəpəz")
10 oktyabr
20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)
Karvina şəhər stadionu
14 oktyabr
19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21)
Bakı, "Dalğa Arena”