Xəbər lenti

"Uçan taksi"nin sürücüsü ilk dəfə danışdı - Narkoloji testin cavabı açıqlandı
Ölkə09:01 14.04.2025

"Uçan taksi"nin sürücüsü ilk dəfə danışdı - Narkoloji testin cavabı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib:
"Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".
O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:
"Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".
Qeyd edək ki, iki gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.